Lazer Terapiya

Aşağı tezlikli lazer terapiyası – orqanizmin toxumalarına, işıq enerjisinin digər növləri ilə müqayisədə, daha dərin nüfuz edir, bu da dərinin bütün qalınlığı üzrə və qismən dərialtı toxumaların qızmasına səbəb olur. Daha dərin strukturlar bilavasitə qızmaya məruz qalmır. Aşağı tezlikli lazer terapiyasının terapevtik tətbiqinin sahəsi kifayət qədər genişdir: irinsiz xroniki və yarımkəskin iltihabi yerli proseslər, həmçinin daxili orqanların, dayaq-hərəkət aparatın, mərkəzi və periferiya sinir sistemi orqanlarının, periferiya damarlarının, gözlərin, qulaqların, dərinin bəzi xəstəlikləri, yanıqlardan və dondurulmalardan sonra qalıq hallar.

Aşağı tezlikli lazer şüalarının enerjisinin udulması zamanı yaranan istilik, şüalanan dəri örtüklərinin temperaturunun 1-2°С lokal yüksəlməsinə gətirib çıxarır və səthi damar şəbəkəsinin yerli istilik tənzimənmə reaksiyalarına səbəb olur. Damar reaksiyası damarların qısa müddətli (30 saniyəyə qədər) spazması, sonra isə lokal qan axınının artması və toxumalarda dövr edən qanın həcminin artması ilə ifadə edilir. Əmələ gələn istilik enerjisi toxuma maddələr mübadiləsini sürətləndirir. Mikrosirkulyator yolun aktivləşdirilməsi və damarların nüfuz etməsinin artması iltihabi mərkəzin degidratasiyasına və hüceyrələrin dağılmasının məhsullarının kənarlaşdırılmasına imkan yaradır. Fibroblastların proliferasiyasının və diferensiasiyasının aktivləşdirilməsi yaraların və trofik xoraların sağalmasının sürətlənməsinə gətirib çıxarır. Həmçinin daxili orqanlara neyro-reflektor təsir həyata keçirilir, bu da orqanların damarlarının genişlənilməsi, onların trofikasının gücləndirilməsi ilə təzahür olunur.

Müalicə effektləri – iltihaba qarşı, limfo-drenaj, damargenəldici . İstilik mikrozərrəciklərin (elektronlar, molekullar, atomlar və s.) nizamsız tərəddüdlü hərəkəti ilə təyin edilir. O, bütün maddi hissəciklərə məxsusdur. Daha az qızdırılmışlara daha çox qızdırılmış cizimlərdən istiliyin ötürülməsi üç üsulla həyata keçirilir: keçirmə, konveksiya, şüalanma. İnsan bədəni istiliyi həm udur, həm də xaric edir. Aşağı tezlikli lazer terapiyası orqanizmə istənilən təsir molekulların funksional fəallığının artmasına gətirib çıxarır. Hüceyrələrin çoxalması, ferment prosesləri, regenerasiya sürətlənir. İnfraqırmızı şüalanma, toxumalarda bioloji aktiv maddələrin (bradikinin, histamin, asetilxolin) əmələ gəlməsini stimullaşdırır ki, bunlar da qan axınının sürətini müəyyən edir. İstilik şüalarına dərinin, selikli qişaların, hipotalamusun və onurğa beyinin (axıb gələn qanın temperaturunun yüksəlməsinə reaksiya verən) termo-reseptorları reaksiya verir. Termo-reseptorlardan afferent yollar üzrə istilik tənzimlənmə mərkəzlərinə (hipotalamus, onurğa beyini) impulslar daxil olunur, və buradan afferent yollarla qayıdır və damarları genişləndirir, tərləməni gücləndirir və s. Aşağı tezlikli lazer şüalar derma ilə udulur, lakin şüaların 30%-i, dərialtı piy qata və daxili orqanlara çataraq, 3-4 santimetrə qədər daha dərinə nüfuz edir. Orta və uzundalğalı şüalar epidermis tərəfindən udulur. İnsan dərisinin üzərində infraqırmızı şüanın təsiri altında, təsirin yerində xallı xarakterli, aydın konturları olmayan, şüalanmanın dayandırılmasından sonra yox olan eritema yaranır. Aşağı tezlikli lazer terapiyası üz ilə iş zamanı kosmetologiyada, mimik əzələlərin zəiflənməsi, qan dövranının yaxşılaşması, mübadilə məhsulları fəal şəkildə çıxarılan məsamələrin genişlənməsi üçün geniş tətbiq olunur. Aşağı tezlikli laze

üksək intensivlikli Lazer Terapiyasi və ya HİLT – terapiya (ing. HILT – High Energy Laser Therapy) qısamüddətli pulsasiyaedici impulslar hesabına toxumalara qızdırıcı təsir yaratmayaraq, fotomexaniki dalğavari təsir göstərir. Lazer şüası toxumaların daha dərin qatlarına təsir edir və qısa müddət ərzində yüksək kliniki effekt əldə etməyə kömək edir. Lazer terapiyası oynağın müxtəlif travmalar və degenerativ xəstəlikləri zamanı ağrıkəsici, qeyri-invaziv, dərhal və effektiv təsir göstərir. 

Lazer şüalarının təsiri nəticəsində hüceyrələrdə ribonukleaza turşusunun səviyyəsi artır, hüceyrələrdə mitoxondrilərin aktivliyi artır, maddələr mübadiləsi və sintez prosesləri sürətlənir, ATF-in səviyyəsi artır, hüceyrələrin sinir təchizati bərpa olunur. Lazer şüası dərialtı ağrı reseptorlarına qədər siraət edərək ağrı impulslarını blokada edir.r terapiyası müalicəvi gimnastika və masajla uyğunluqda tətbiq edilir. O, hematomaların, infiltratların sovrulmasını sürətləndirir, ümumi və yerli hemodinamikanı yaxşılaşdırır.