Fizioterapiya və Reabilitasiya

Fizioterapiya və Reabilitasiya insanların hərəkət və funksional qabiliyyətlərini bərpa etmək, ağrıları azaltmaq, xroniki xəstəliklərin idarə edilməsi və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün tətbiq olunan tibbi sahələrdir. Fizioterapiya, bədənin hərəkət və funksiyalarını fiziki üsullarla (məşqlər, manual terapiya, elektroterapiya, isti/soyuq uyğulamaları və s.) bərpa etmək üçün tətbiq olunan tibbi bir sahədir. Reabilitasiya isə daha geniş bir anlayış olub, xəstəlik, zədə və ya cərrahiyyədən sonra insanın fiziki, psixoloji və sosial uyğunluğunu bərpa etmək məqsədi daşıyan kompleks prosesdir. Reabilitasiya proqramlarına tez-tez fizioterapiya, ergoterapiya, logopediya və psixoloji dəstək daxil olur
Hansı Xəstəliklərin Müalicəsində İstifadə Olunur?
Fizioterapiya və Reabilitasiya aşağıdakı vəziyyətlərdə tətbiq edilir:
- Nevroloji Xəstəliklər
- İnsult sonrası bərpa.
- Sinir zədələnmələri (məsələn: periferik neyropatiya)
- Parkinson, Multipl Skleroz (MS), serebral iflic
- Ortopedik Problemlər
- Əzələ-skelet zədələri (burxulmalar, sınıqlar, çıxıqlar)
- Artrit, osteoartroz, bel/boyun ağrıları
- Postur pozğunluqları (skolioz, kifoz)
- Kardiorespirator Sistem Xəstəlikləri
- Ürək-damar əməliyyatları sonrası reabilitasiya
- Xroniki obstruktiv ağciyər xəstəliyi (KOAX)
- İdman Zədələnmələri
- Əzələ yırtılmaları, bağ zədələri (məsələn: ACL zədəsi)
- Post-Cərrahi Bərpa
- Oynaqların protezləşdirilməsindən (diz, qalça) sonra
- Cərrahiyyədən sonra hərəkət qabiliyyətinin artırılması
- Uşaq Reabilitasiyası
- İnkişaf geriliyi, gəzmə və ya danışma problemləri
- Ağrı İdarəetmə
- Xroniki ağrı sindromları (fibromiyalgiya, miyofasial ağrı)
Fizioterapiya və Reabilitasiya, xəstənin müstəqilliyini və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün multidissiplinar ( FTR doktoru , Fizioterapist, Psixoloq, Loqoped və b.) yanaşma tələb edir. Əsas məqsəd, insanın gündəlik fəaliyyətlərini minimum ağrı və asılılıqla yerinə yetirməsini təmin etməkdir.